Sentyabr ayından sürücülük vəsiqəsi almaq istəyənlər bu suallara cavab verməli olacaqlar – SİYAHI

Sürücülük vəsiqəsinin praktiki sınaq imtahanının ikinci mərhələsində səyahətə başlamazdan əvvəl avtomobilin texniki vəziyyətinin yoxlanılması məcburi olacaq.

Belə ki, bu barədə müvafiq dəyişiklik Daxili İşlər nazirinin (N598) əmri ilə cari ilin sentyabr ayının 1-dən qüvvəyə minəcək.

Qeyd olunan tələb sürücülüyə namizədin imtahan götürənin tapşırığına uyğun olaraq nəqliyyat vasitəsinin texniki səmərəliliyi ilə bağlı suallara cavabı əyani göstərməklə, müvafiq alətdən istifadə etməklə və ya şifahi şəkildə cavab verməsini nəzərdə tutur. Məlumata əsasən, avtomobilin texniki məsələsi ilə bağlı ümumilikdə 20 sual mövcuddur.

Həmin sualları təqdim edirik:

  • Mühərrikdə tələb olunan yağ səviyyəsinin mövcudluğunu necə yoxlamaq lazım olduğunu izah edin;
  • Rezervuarda lazımi səviyyədə əyləc mayesinin mövcudluğunun necə yoxlanıldığını izah edin;
  • Xidmət əyləcinin necə yoxlanıldığını izah edin;
  • Park əyləcinin necə yoxlanıldığını izah edin;
  • Təkərlərin tövsiyə olunan təziqi haqqında məlumatı haradan əldə edə biləcəyinizi izah edin;
  • Təhlükəsiz sürmək üçün təkərlərin ümumi vəziyyətinin necə yoxlanıldığını izah edin;
  • Əyləc siqnallarının düzgünlüyünün necə yoxlanıldığını izah edin;
  • Elektrik sükanının necə yoxlanıldığını izah edin;
  • Mühərrikin soyutma sistemində tələb olunan soyuducu mayenin mövcudluğunun necə yoxlanıldığını izah edin;
  • Dönüş siqnallarının düzgün işləməsinin necə yoxlanıldığını izah edin:
  • Farların və reflektorların necə yoxlanıldığını izah edin:
  • Qəza işıq siqnalının işlək olub-olmadığını necə yoxlamaq lazım olduğunu izah edin:
  • Yuyucu mayenin səviyyəsini necə yoxlamaq lazım olduğunu izah edin:
  • Təkərlərin tövsiyə olunan hava təzyiqinə malik olmasını təmin etmək üçün necə yoxlanıldığını izah edin;
  • Protektorun kifayət qədər hündürlüyünü təmin etmək üçün təkərlərin necə yoxlanıldığını izah edin;
  • Mühərrikin soyutma sistemindəki soyuducu səviyyəsinin harada yoxlanıldığını göstərin;
  •  Yuyucu su anbarının harada yerləşdiyini göstərin;
  • Səs siqnalının düzgünlüyünü necə yoxlamaq lazım olduğunu göstərin;
  •  Mühərrik yağının səviyyəsinin harada yoxlanıldığını göstərin;
  • Əyləc mayesi anbarının harada yerləşdiyini göstərin.