Üzərliyə görə Azərbaycanlı niyə həbs edildi? – VİDEO
Bir neçə gün əvvəl bir azərbaycanlı Rusiyada maşınında üzərlik gəzdirdiyinə görə saxlanılıb.
O, 5-10 il arası həbs cəzası ala bilər. Səbəb isə üzərliyin tərkibində narkotik maddənin olmasıdır. Üzərlik bitkisi, əsasən də onun toxumları 2020-ci ildən narkotik maddələr siyahısına daxil edilib. Lakin xüsusilə türk xalqları arasında bu bitki bir adətdir, qorunma üsuludur.
Bəs üzərliyin tərkibi ilə bağlı deyilənlərdə doğruluq payı varmı?
Azərbaycanlı bioloq Eldar Şükürovun sözlərinə görə, üzərlik toxumları yandırıldıqda tərkibindəki alkaloidlər insana sakitləşdirici təsir göstərir, başağrısını azaldır və yuxugətirici effekt yaradır:
“Onun tərkibində az miqdarda da olsa, narkotik təsirli maddələr mövcuddur. Alkaloid tərkibli digər bitkilər sırasına lalə, çörəkotu və kəklikotu da daxildir”.
Bir sıra ölkələrdə ‒ Gürcüstan, Litva, Ukrayna, Rusiya və digərlərində bu bitkidən istifadə qanunla müəyyən olunmuş qaydada məsuliyyət yaradır.
Bizi WhatsApp – da izləyin.