Rustavi–Tbilisi avtomagistralında yol qəzası baş verib – 3 nəfər…
Rustavi–Tbilisi avtomagistralında yol qəzası baş verib.
Məlumata görə iki minik avtomobili və bir yük maşını toqquşub, nəticədə üç nəfər xəsarət alıb. Xəsarət alanlar təcili tibbi yardım briqadaları tərəfindən Rustavi xəstəxanasına aparılıb.
Daxili İşlər Nazirliyinin verdiyi məlumata görə, faktla bağlı araşdırma Cinayət Məcəlləsinin 276-cı maddəsi ilə aparılır.
Bizi WhatsApp – da izləyin.