“Fenomen Wing” restoranının təntənəli açılış mərasimi – VİDEO

Tbilisidə “Fenomen Wings” restoranının təntənəli açılış mərasimi keçirilib. Tədbirdə iş adamları, xüsusi dəvət olunmuş qonaqlar və şəhər sakinləri iştirak ediblər.

Açılış mərasiminə rəmzi lentin kəsilməsi ilə başlanılıb. Daha sonra restoran rəhbərliyi çıxış edərək, burada yaradılan şərait və təqdim olunan xidmətlər barədə qonaqlara ətraflı məlumat veriblər.

Tədbir rəngarəng rəqs nömrələri və musiqili proqramla davam etdirilib. Qonaqlara müxtəlif şirniyyatlar və restoranın zəngin menyusuna daxil olan ləziz təamlar təqdim olunub.

Qeyd edək ki, “Fenomen Wings” Tsereteli metrosundan 5 dəqiqəlik məsafədə Nadira Xoşarauli küçəsi 28 ünvanında yerləşir və hər gün saat 11:00-dan 22:00-dək qonaqların xidmətindədir. Burada təqdim olunan bütün yeməklər tam halal standartlara uyğun olaraq peşəkar aşbazlar tərəfindən hazırlanır.

Bundan əlavə, məkanda uşaqlar üçün xüsusi əyləncə guşəsi də yaradılıb ki, bu da valideynlərin övladları ilə birlikdə rahat vaxt keçirməsinə imkan yaradır. Yaxın günlərdə restoran müştərilərinə çatdırılma xidmətini də təqdim etməyi planlaşdırır.

Ətraflı məlumat üçün +995 551 78 55 58 telefon nömrəsilə əlaqə saxlaya bilərsiz.