Marneulidə 25 yaşlı gənc 56 yaşlı kişini bıçaqlayıb – 15 İL HƏBS…

Kvemo Kartli polisi qəsdən adam öldürməyə cəhd ittihamı ilə 1 nəfər saxlayıb.

Bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Kvemo Kartli Polis Departamentinin Marneuli rayon idarəsinin əməkdaşları qəsdən adam öldürməyə cəhd ittihamı ilə 2001-ci il təvəllüdlü R.A.-nı saxlayıblar.

İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs Marneuli bələdiyyəsində qarşılıqlı mübahisə zəminində 1970-ci il təvəllüdlü R.X.-ya soyuq silahla müxtəlif növ xəsarətlər yetirib.

Yaralanmış kişi tibbi yardım göstərilməsi məqsədilə xəstəxanaya yerləşdirilib.

Polis tərəfindən “isti izlərlə” həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində R.A. hadisə yerində saxlanılıb. Cinayət aləti – bıçaq maddi sübut kimi götürülüb.

Faktla bağlı araşdırma Gürcüstan Cinayət Məcəlləsinin 19-108-ci maddəsi ilə aparılır ki, bu da 15 ilə qədər azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Bizi WhatsApp – da izləyin.