27-31 dekabr tarixlərində gözlənilən HAVA PROQNOZU

27–31 dekabr tarixlərində Gürcüstanda vaxtaşırı yağıntı gözlənilir, əsasən qar yağacağı ehtimal olunur. Bu barədə məlumatı Milli Ətraf Mühit Agentliyi yayıb.

Sinoptiklərin proqnozuna görə, 29–30 dekabrda dənizdə 4–6 bal gücündə fırtına gözlənilir.

“27–31 dekabr tarixlərində Gürcüstanda soyuq və rütubətli hava kütlələrinin yayılması, vaxtaşırı, bəzi yerlərdə güclü yağıntı, əsasən qar şəklində gözlənilir. Küləyin güclənməsi, dağlıq ərazilərdə duman, çovğun, yollarda buzlanma mümkündür.

29–30 dekabrda sahilyanı rayonlarda ildırım çaxması, dənizdə 4–6 bal gücündə fırtına, ölkənin yüksək dağlıq ərazilərində isə qar uçqunu təhlükəsi ehtimal olunur”, – agentliyin məlumatında deyilir.

Agentliyin bildirdiyinə görə, güclü qar yağması, görüş məsafəsinin azalması, çovğun, buzlanma və uçqun təhlükəsi səbəbindən avtomobil yollarının ayrı-ayrı sahələrində nəqliyyatın hərəkəti məhdudlaşdırıla bilər.

“Mövcud yağıntılar Qərbi Gürcüstanın çaylarında su səviyyəsinin əhəmiyyətli dərəcədə qalxmasına səbəb ola bilər (təhlükə səviyyəsi orta)”, – deyə məlumatda qeyd olunur.

Bizi WhatsApp – da izləyin.